Goranboyda “VAZ” 5 yaşlı uşağı öldürdü

31 Yanvar 2020 15:34

Goranboy şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az