Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin bir müddət əvvəl imzaladığı əmrlə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Canpolad Daanov tutduğu vəzifəsindən azad edilərək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
C.Daanov daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) İstintaq Şöbəsinin rəisi olub.
Fotoda: Canpolad Daanov
Milli.Az