Müflis banklardan əmanətlərini tam geri ala bilməyənlərə şad xəbər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Konstitusiya Məhkəməsinin qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə pullarını tam olaraq geri almaq imkanı yaradır.
Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, artıq bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər Əmanətlərin Sığortalanması Fonduna müraciət etməklə öz pullarını artıq geri ala bilərlər:
"Konstitusiya Məhkəməsi əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar qəbul edib. Belə ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər var idi. Xüsusən də "Dəmirbank"ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar, həmçinin qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı: həmin əmanətin faizi 15, yoxsa 17 faizdir?
Belə ki, 15 faiz sığortalanandır, amma 17 faizli əmanət qorunmur. Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində dividend faizi 17 yox, 15-dir. Yəni həmin əmanətlər qorunur və geri qaytarılmalıdır. Bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər. Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir. Bu baxımdan, bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı".

Qeyd edək ki, sentyabrın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarda deyilir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
XƏBƏR LENTİ
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
-
Qaradağda bir neçə küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
-
Kollina Azərbaycandadır - (Video)
-
Tacir Şahmalıoğl mədəkiçiltmə etdirdiyini etiraf etdi
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
-
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib





