Sağlamlıq

50 yaşı keçən kişiləri nələr təhdid edir?

25 Oktyabr 2025 15:00
Baxış: 467
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaş artdıqca kişilərin orqanizmində fizioloji dəyişikliklər baş verir və bir sıra xəstəliklərin yaranma riski yüksəlir.

Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, 50 yaşdan sonra sağlam həyat tərzi və müntəzəm tibbi müayinə vacibdir.

Ürək və damar xəstəlikləri
Yaşla birlikdə damarların elastikliyi azalır, bu da xolesterin və qan təzyiqi yüksək olan şəxslərdə infarkt və insult riskini artırır.

Prostat problemləri
50 yaşdan sonra kişilərdə prostat vəzinin böyüməsi və prostat xərçəngi riski artır. Buna görə də mütəmadi PSA testi və uroloji müayinələr tövsiyə olunur.

Diabet və maddələr mübadiləsi pozğunluqları
Oturaq həyat tərzi, artıq çəki və qeyri-sağlam qidalanma nəticəsində 2-ci tip diabet riski yüksəlir.

Sümüklərin və əzələlərin zəifləməsi
"Sümüklərin qadın problemi" kimi qəbul edilən osteoporoz kişilərdə də rast gəlinir. Yaş artdıqca sümüklərin sıxlığı və əzələ kütləsi azalır.

Xərçəng riski
Mədə-bağırsaq, kolon və dəri xərçənglərinin yaranma ehtimalı yaşla artır. Bu səbəbdən kolonoskopiya və profilaktik müayinələr vacib sayılır.

Tənəffüs sistemi xəstəlikləri
Uzun illər siqaret çəkmək ağciyərləri zədələyərək xroniki tənəffüs problemlərinə səbəb ola bilər.

Görmə, eşitmə və yuxu pozğunluqları
Bu sahələr çox vaxt diqqətdən kənarda qalır, lakin həyat keyfiyyətinə ciddi təsir göstərir.

Psixoloji sağlamlıq
Yaşla əlaqədar fiziki dəyişikliklər, sosial təcrid və stres kişilərdə depressiya və narahatlıq yarada bilər.

Qorunma yolları

Hər il ümumi tibbi müayinədən keçmək (qan təzyiqi, xolesterin, şəkər, PSA və s. testlər).

Sağlam qidalanmaq: meyvə-tərəvəz, lifli qidalar və az yağlı menyu seçmək.

Həftədə ən azı 150 dəqiqə fiziki aktivlik və güc məşqləri etmək.

Siqaretdən imtina, alkoqolun məhdudlaşdırılması.

Kifayət qədər D vitamini və kalsium qəbul etmək.

Yuxu keyfiyyətinə və psixoloji vəziyyətə diqqət yetirmək, sosial əlaqələri qorumaq.

Mütəxəssislər bildirir ki, 50 yaşdan sonra sağlamlıq nəzarət tələb edir - vaxtında atılan addımlar həm ömrün, həm də həyat keyfiyyətinin uzanmasına kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.