İdman

"Galatasaray" qapıçısı 6-cı saniyədə qol buraxdı, tarixə düşdü - FOTO

10 Dekabr 2025 11:32
Baxış: 7 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uğurcan Çakırın zədələnməsindən sonra meydana çıxan "Qalatasaray"ın qapıçısı Günay Güvenç Monako ilə səfər matçında altıncı saniyədə qol buraxıb. 

Milli.Az xəbər verir ki, bununla da o, anti-rekord edərək tarixə düşüb. 

Zədə səbəbi ilə oyunu davam etdirə bilməyən Uğurcan Çakır əvəzləndikdən dərhal sonra, onun yerinə meydançaya daxil olan Günay Güvenç böyük şok yaşayıb. Monakonun künc zərbəsi zamanı hələ mövqeyini tam tuturmuş kimi görünməyən təcrübəli qapıçı qərarsızlıq edib. O, əvvəlcə topa müdaxilə etməkdən çəkinib, daha sonra qapıya qayıtmağa çalışsa da, Folarin Balogunun yaxın məsafədən endirdiyi zərbənin qarşısını ala bilməyib.

Günayın cəmi 6 saniyə sonra, 67:35-də qol buraxması tənqidlərə səbəb olub.

Qeyd edək ki, "Qalatasaray" səfərdə "Monako" ya 1:0 hesabla məğlub olub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.