Cəmiyyət

İnsan alverində təqsirləndirilən iki nəfər axtarışa verildi

11 Mart 2026 19:38
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir.

Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsilə cinayət işi açılıb.

Məlumata əsasən, Ayşən Əzizxanlı barəsində axtarış elan olunub. Əbdül Musayev barəsində isə həbs qətimkan tədbiri seçilib və o, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.