“Tottenhem”də İqor Tudor qovulur: “O, bir fırıldaqçıdır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərənin "Tottenhem" futbol komandası görünməmiş uğursuzluqla üzləşib. Paytaxt klubu rəsmi oyunlarda ardıcıl altıncı məğlubiyyətini alaraq klub tarixinin ən pis seriyasına imza atıb. Komandanın yeni baş məşqçisi İqor Tudor üçün də başlanğıc fəlakətli olub. Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında keçirilən dörd oyunun hamısı məğlubiyyətlə başa çatıb. Bu, "Tottenhem" tarixində bir baş məşqçi üçün qeydə alınan ən pis start göstəricisidir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klubun sahibləri olan Luis ailəsi Tudorun təsirinin olmamasından ciddi şəkildə məyus olublar və İqor Tudoru vəzifəsindən kənarlaşdırmağı düşünürlər. Xorvatiyalı mütəxəssisin həftəsonuna qədər qovulacağı gözlənilir.
"Riyad Air Metropolitano" stadionunda keçirilən oyunda qapıçı Antonin Kinskinin səhvləri ucbatından London klubu ilk 15 dəqiqədə 0:3 hesabı ilə geridə qalıb. Tudorun belə vacib matçda gənc qapıçıya şans verməsi və onu üçüncü qoldan sonra dərhal əvəzləməsi kəskin tənqid olunub.
"Tottenhem"in keçmiş yarımmüdafiəçisi Ceymi Ohara isə Tudoru sərt şəkildə ittiham edib:
"Mən "Tottenhem" azarkeşi olduğum üçün utanıram. Bu, rəzalətdən başqa bir şey deyil. Baş məşqçi bir fırıldaqçıdır. Onu elə fasilədə qovmaq lazımdır. "Atletiko"ya qarşı 3-4-3 sistemi ilə çıxmaq biabırçılıqdır. Biz bu formasiyada oynaya bilmirik".
Qeyd edək ki, Premyer Liqada (İngiltərə çempionatı) eniş zonasından cəmi bir xal uzaqda olan "Tottenhem"i bazar günü "Enfild" stadionunda "Liverpul"la çətin sınaq gözləyir. Klub rəhbərliyinin futbolçularla görüş keçirərək Tudorun taleyinə son qoyacağı bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sevgi dolu 4 bürc
-
Evdə makaron üçün qaymaq necə hazırlanır?
-
"Türk seriallarına həsəd aparıram"
-
Şəkidə ağır qəza - xəsarət alanlar var
-
Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
İki qardaş toyda bıçaqlandı
-
"İmişli" "Araz-Naxçıvan"a qalib gəlib
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Evdə saf yağ hazırlama qaydası
-
Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü
-
“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO
-
Bu sadə üsul zeytun yağının ləzzətini iki dəfə artırır
-
Yumurta kartonlarının boz olmasının səbəbi ortaya çıxdı
-
"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Göygöldə ağır qəza - Xəsarət alanlar var
-
Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - YENİLƏNİB
-
"Kəpəz" "Sumqayıt"ı məğlub edib
-
Məşhur meyxanaçının ailəsindən pis xəbər – Səhhəti ağırlaşdı - FOTO
-
Ramin Əliyev prorektor təyin edildi
-
KVN ulduzu faciəvi şəkildə həyatın itirdi
-
Bakıda soyğunçuluq edən şəxs həbs edildi
-
İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək
-
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi





