Hadisə

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

2 May 2026 16:57
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tehran həbsxanasında saxlanılan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhəti ilə bağlı narahatlıqlar artır.

Milli.Az xəbər verir ki, ailəsi və fondunun açıqlamalarında ürək xəstəliyindən vəziyyəti pisləşən fəalın xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bildirilib ki, 53 yaşlı Məhəmmədi son günlərdə ciddi səhhət problemləri yaşayır, iki dəfə huşunu itirib və vəziyyəti ağırdır.

Ailəsi iddia edir ki, o, təxminən 140 gün ərzində "sistemli tibbi laqeydliyə" məruz qalıb və uzun müddətdir lazımi tibbi müdaxiləni almayıb./unikal.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.