Hadisə

Bakıda leysan: Qəsəbələri su basdı, azyaşlı yaralandı - VİDEO

10 Dekabr 2025 22:04
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq bir neçə gündür ki, Azərbaycanda davam edən yağıntılı hava paytaxtın həyatını iflic edib. Bu gün Bakıda güclü leysan nəticəsində yolları su basıb, bir çox qəsəbələrdə hərəkət tam çətinləşib. Sakinlər evlərindən çıxmaqda belə çətinlik çəkdiklərini bildirirlər.

Milli.Az "Musavat.com"a istinadən xəbər verir ki, xüsusilə Türkan qəsəbəsində vəziyyət acınacaqlıdır. Qısa müddətdə yağan yağış qəsəbəni sözün əsl mənasında su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb.

Sakinlər vəziyyətin hər il təkrarlanmasından narazıdırlar. Onların sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, yollar suya qərq edilir, evlərə dolan sular isə ciddi fəsadlar yaradır.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.