Bakıda fəaliyyət göstərən sığınacaqlardan birində qeydə alınan görüntü hər kəsi təsirləndirib.
Milli.Az xəbər verir ki, ailəsi tərəfindən müvəqqəti olaraq sığınacağa yerləşdirilən balaca oğlan gecələr Allaha dua edərkən kameralara tuş gəlib.
Sığınacaq əməkdaşları onun nəyə dua etdiyini soruşduqda, uşaq səmimi şəkildə "İstəyirəm ailəm bütöv olsun, bacılarım və anam yanımda olsun" cavabını verib. Kiçik yaşına baxmayaraq bu sözləri ilə o, izləyənlərin ürəyinə toxunub.
Sözügedən kadrlar Qadın və Uşaq sığınacağı tərəfindən paylaşılıb. Qurum bildirib ki, ana maddi və sosial çətinliklər səbəbilə övladlarına baxa bilmədiyi üçün onları müvəqqəti olaraq sığınacağa gətirib. Hazırda uşaqlara sığınacaq tərəfindən qayğı göstərilir və anaya dəstək verilir. Ata isə narkotik asılılığı səbəbilə müalicə kursu keçməkdədir.
Paylaşılan görüntü sosial şəbəkələrdə geniş rezonans yaradıb və bir çox istifadəçi uşağın arzusunun gerçəkləşməsi üçün dualar edib.
Musa
Milli.Az





