Ölkə

3-cü siniflərə verildiyi iddia olunan sualla bağlı rəsmi açıqlama

10 Dekabr 2025 21:12
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədə 3-cü siniflərin Kiçik Summativ Qiymətləndirmə (KSQ) tapşırığında yer aldığı iddia olunan qalmaqallı sual paylaşılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaya görə, "Atam həyətdə ... doğrayır" başlıqlı sualda nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib.

Sözügedən tapşırıq sosial şəbəkə istifadəçilərinin ciddi qınağına tuş gəlib. Sual qeyri-insani və şagirdlər üçün təhlükəli hesab edilib.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

"Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur", - deyə məlumatda əlavə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.