Hansı dövlət qurumları özəlləşdirilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə, ilk növbədə, 3 dövlət qurumu özəlləşdirilməlidir. Bunlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Bankı və "Azərenerji" ASC-dır.
Bunu Milli.Az-a açıqlamasında Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev prezident İlham Əliyevin yanvarın 18-də keçirdiyi müşavirədə ölkədə özəlləşdirmə geniş proqramının həyata keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildərərkən deyib.

Ekspertin fikrincə, adıçəkilən qurumların özəlləşdirilməsindən dövlət yaxşı gəlir əldə edə bilər: "Çünki adını çəkdiyim bu şirkətlər likvidlidirlər. Yəni bu şirkətlərin özəlləşdirilməsindən normal qazanc əldə etmək olar. Bu qurumların 100 faiz də olmasa, heç olmasa müəyyən hissələri özəlləşdirilməyə açılmalıdır. Məsələn, Rusiyada neft şirkətlərinin hamısında dövlətin payı var. Biz də o yolla gedə bilərik. Dediyim qurumlar formal olaraq heç səhmdar cəmiyyəti də deyil. Ona görə də onların səhmləri buraxılmalıdır. Bu səhmləri Avropa banklarına çıxarmaq və oradan da yaxşı gəlir əldə etmək olar".
O.Haqverdiyevin fikrincə, özəlləşdirmə məsələsinin qabardılmasında da məqsəd bundan dövlətin gəlir əldə etməsidir: "Özəlləşmə məsələsi ona görə ortaya atılıb ki, vəziyyət o qədər də qənaətbəxş deyil, büdcəyə vəsaitlərin yığılmasında müəyyən çətinliklər var. Məhz buna görə dövlət başçısı bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsini önə çəkdi".
Lakin iqtisadçı hesab edir ki, digər dövlət qurumları hələ özəlləşdirilməyə hazır deyil. Elə qurumlar da var ki, onları özəlləşdirmək olmaz: "Məsələn, dəmiryolunu özəlləşdirmək olmaz. Çünki bu, yeganə təbii inhisarçıdır. Elə qurumlar da var ki, onu hamıya özəlləşdirməyə vermək olmaz: "Məsələn, kim istəyir gəlib "Azərsu"nu almamalıdır. Belə qurumların kimlər tərəfindən özəlləşdirilə biləcəyi, hansı investorların ala biləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir".
Qeyd edək ki, prezident İlham Əliyev deyib: "Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var





