Ölkə

Siqareti yerə atanlar 300 manat cərimələnəcək

13 Dekabr 2024 17:38
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manat olacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Beləliklə, daha öncə məbləği 50 manat olan cərimə 300 manat olacaq.

Bundan əlavə, cərimənin nəzərdə tutulduğu 212.4-cü maddəyə 212.4-1 maddəsi də əlavə edilir:

"Bu Məcəllənin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.