Bakıda iki marşrut xəttinin hərəkətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.
Milli.Az