Ölkə

Abituriyentlərin DİQQƏTİNƏ - Qəbul imtahanlarında bu yeniliklər olacaq - VİDEO

29 Oktyabr 2022 13:42
Baxış: 6 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abituriyentlər üçün yeni bir xəbərimiz var. Diqqətlə dinləyin, çünki buraxılış imtahanlarının xarici dillər üzrə yeni modeli hazırlanır. Təfərrüatlar çoxdur, əməkdaşımız Sevinc Vaqifqızı indi ətraflı məlumat verəcək. 

Qəbul imtahanlarındakı test tapşırıqlarının forma və məzmunu dəyişir. 

DİM-in şöbə müdiri Könül Hacıyeva "Xəzər Xəbər"ə bildirib ki, gələn ildən 9 illik orta təhsil səviyyəsində xarici dillər üzrə şagirdlərin "Yazı" məzmunlu bilik və bacarıq cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında olmayacaq.

Bir başqa dəyişikliyə gəlincə Könül Hacıyeva deyir ki, şagirdlərin oxuyub anlama bacarıqlarının yoxlanılması məqsədi ilə iki hissədən ibarət tapşırıqlar nəzərdə tutlub:

DİM rəsmisi qeyd edib ki, narahatlığa səbəb yoxdur. Təqdim olunacaq test tapşiriqlari məktəb proqramina əsasən hazirlanır.

Yeri gəlmişkən yeni ilin məzunları üçün 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.