Ölkə

“Yüksəliş” müsabiqəsinə qeydiyyat başlayıb

17 Fevral 2022 11:00
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb.

Milli.Az xəbər verir ki, 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.

Qeydiyyat "Yüksəliş" müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək.

Müsabiqə Qeydiyyat, Onlayn , Əyani , Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Müsabiqənin yekunlarına əsasən, "Yüksəliş" qalibi elan olunan 20 iştirakçı bir illik İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulma, və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək.

İlk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.