Ermənistan

İrəvan ehtiyatda olan hərbçiləri orduya niyə çağırdı?

21 Avqust 2021 09:58
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Azərbaycanla yenidən müharibə etmək üçün kifayət qədər hərbi qüvvəsi yoxdur. Bu mənada 25 avqust tarixində keçiriləcək üç aylıq hərbi-təlim toplantısı heç bir halda rəsmi İrəvanın yeni bir müharibəyə hazırlığı kimi qiymətləndirilə bilməz.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu siyasi şərhçi Teymur Qasımlı Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq hərbi-təlim toplantısı haqda qərarı şərh edərkən deyib.

"Bundan öncə də bənzər şəkildə Ermənistan ordusunda ehtiyatda olan hərbçilər üçün hərbi-təlim adı altında çağırış elan olunmuşdu. Lakin gözlənilənin əksinə, bu çağırışa maraq elə də çox olmadı.

Ümumiyyətlə Ermənistan ordusu hazırda yeni bir müharibəyə girəcək qüdrətdə deyil. Xüsusilə də ölkədə səfərbərliyə cəlb ediləcək canlı qüvvə problemi hələ də aktualdır", - politoloq bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.