Ermənistan

Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər

24 İyul 2025 19:53
Baxış: 555
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri"ndə (EEŞ) konsorsium idarəetməsi təyin edə və ya şirkətdə pay almaq məsələsinə baxa bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib.

Onun sözlərinə görə, komissiya EEŞ-nin işində pozuntuların olduğunu bildirən Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müraciətinə baxmalıdır.

Bunun üçün hökumət şirkətə müvəqqəti idarəçi təyin edib. Yoxlamanın aparılması üçün üç ay vaxt lazımdır (müddət daha bir ay uzadıla bilər). Əgər pozuntuların olması sübut edilərsə, o, işini davam etdirəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.