Ölkə

Rusiyada Azərbaycan çaylarının üstündəki yazılar nədir? - Rəsmi Açıqlama - VİDEO

25 İyul 2025 23:55
Baxış: 1 220
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada "Azerçay" adı altında satılan məhsulların üzərində şüarlar yazılmasını əks etdirən video diqqət çəkib.

Milli.Az xəbər verir ki, çay paketlərinin üzərində "Rusiya cavab verəcək, əsəbləşməyin", "Rusiya Federasiyasında qanunu pozdunuz, cavab verin" kimi cümlələr yer alıb.

Məsələ ilə bağlı Azərsun Holdinqdən cavab olaraq məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. 

"Bildirmək istəyirik ki, Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən "Azerçay" məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur. Qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib. Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir" - məlumatda deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.