Ölkə

Azərbaycanda bu məhsul kəskin bahalaşacaq - Səbəb açıqlandı

24 İyul 2025 11:54
Baxış: 14 135
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib.

Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:

"Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb".

Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:

"Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.