İqtisadiyyat

Oğuz-Qəbələ-Bakı su kəmərinin idarəetmə sistemi yenidən qurulacaq - 633 min manata

26 İyul 2025 11:04
Baxış: 1 001
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oğuz-Qəbələ-Bakı yeraltı suötürücü qurğuların uzaqdan idarəetmə sistemi yenidən qurulacaq.

Milli.Az xəbər verir ki, Oğuz-Qəbələ-Bakı yeraltı suötürücü qurğuların SCADA idarәetmә sisteminin yenidәn qurulması üçün tәlәb olunan mal-materialların satın alınması üçün 633 min 741 manat sərf olunacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti tərəfindən keçirilən  tender müsabiqəsi artıq tamamlanıb.

Qeyd edək ki, SCADA idarәetmә sistemi kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemidir. 

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.