Hadisə

Salyanda zəncirvari qəza - 7 yaralı var - FOTO

25 Yanvar 2026 00:47
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumatında deyilir.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

----------

Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

Milli.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan yeddi nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.