Maraqlı

Toyda qeyri-adi görüntü: Gəlin bəylik kostyumu, bəy isə gəlinlik GEYİNDİ - VİDEO

25 Yanvar 2026 05:05
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yayılan qeyri-adi toy görüntüləri geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, toy mərasimində gəlin bəylik kostyumu, bəy isə gəlinlik paltarı geyinərək qonaqların qarşısına çıxıb. Cütlüyün bu addımı mərasimdə iştirak edənlər və görüntüləri izləyənlər üçün əsl şok effekti yaradıb.

Qısa zamanda viral olan video sosial mediada çoxsaylı şərhlər toplayıb. İzləyicilərin bir qismi bu davranışı tənqid edərək toy adət-ənənələrinə uyğun olmadığını bildirib. Digər bir qrup isə cütlüyün pozitivliyini, fərqliliyini və cəsarətini bəyəndiyini qeyd edib.

Şərhlərdə "öz toylarıdır, necə istəyirlər elə də qeyd edərlər" kimi fikirlərlə yanaşı, "bu artıq həddən artıqdır" deyə düşünənlərin də olduğu görünür. Video sosial şəbəkələrdə paylaşılmaqda davam edir və mövzu aktuallığını qoruyur.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.