Maraqlı

Tapdığı üsulla 68 kilo arıqladı: Çəki atmağın açarı bu 4 addımda gizlidir - FOTO

25 Yanvar 2026 01:24
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hədsiz çəkidən əziyyət çəkən bir şəxsin heç bir cərrahi müdaxilə olmadan, sadəcə həyat tərzini dəyişərək 68 kiloqram arıqlaması sosial mediada böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, uğur qazanan şəxs arıqlamaq istəyənlər üçün 4 təməl addımdan ibarət olan strategiyasını paylaşıb.

Kalori hesabı və "Porsiya" nəzarəti

Arıqlamağın təməlində yatan ən vacib qayda gün ərzində qəbul edilən kalorinin xərclənən kaloridən az olmasıdır.

Yemək yeyərkən kiçik boşqablardan istifadə etmək və doyma hissi gəldiyi an yeməyi dayandırmaq vacibdir. Qəbul edilən hər bir qidanın kalori dəyərini bilmək fərqindəliyi artırır.

Şəkər və işlənmiş qidalardan imtina
Ağ şəkər, unlu məmulatlar və hazır paketlənmiş (işlənmiş) qidalar bədəndə piylənmənin əsas səbəbidir.

Bu qidaların əvəzinə liflə zəngin tərəvəzlər, tam taxıllı məhsullar və təbii zülal mənbələrinə (yumurta, ət, paxlalılar) üstünlük verilməlidir.

Davamlı fiziki aktivlik (Amma ağır idman deyil!)
68 kilo arıqlayan şəxs bildirir ki, hər gün idman zalında saatlarla vaxt keçirməyə ehtiyac yoxdur.

Əsas məsələ hər gün hərəkətdə olmaqdır. Gündəlik 30-40 dəqiqəlik sürətli yerişlər və ya ev şəraitində edilən sadə hərəkətlər maddələr mübadiləsini sürətləndirmək üçün kifayətdir.

Su istehlakı və yuxu rejimi
Su içmək toxluq hissi yaradır və bədəndəki toksinlərin atılmasına kömək edir.

Kifayət qədər yuxu almamaq aclıq hormonlarını (qrelin) artırır və gecə yemək yemə isteyi yaradır. Sağlam yuxu rejimi arıqlama prosesinin ən böyük dəstəkçisidir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.