Ölkə

ŞAD XƏBƏR - Bakının bu ərazilərində yeni metro stansiyaları tikiləcək

26 İyul 2025 09:30
Baxış: 4 958
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bənövşəyi xəttin üzərində tikiləcək yeni stansiyalar "Nizami" və "Sahil" stansiyalarının yaxınlığında, daha biri "Neftçilər" xəstəxanasının, digəri "Xətai" stansiyası ilə kəsişmədə, sonuncusu Ağ şəhər ərazisində inşa ediləcəklər".

Milli.Az xəbər verir ki, bu barədə baku.ws-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Yaşıl xətt üzrə isə "Xətai" stansiyasından sonra 4 stansiyanın tikilməsi nəzərdə tutulub.

"Bu stansiyalar Ağ şəhər, Neftayırma zavodu, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov" stansiyası ilə kəsişmədə inşa ediləcək", - Deyə Metropolitenin məlumatında vurğulanıb.

Qeyd edilib ki, Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən Bakıətrafı qəsəbələrə metro xətlərinin çəkilməsi 2030-cu ildən sonrakı dövr üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.