Yanğın Xocavəndə yayıldı - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
00:31
Qarabağda baş verən yanğınların söndürülməsinə əlavə olaraq 50 nəfər yanğınsöndürən əməkdaşı cəlb olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon Gülablı kəndində baş verən yanğın genişlənərək Xocavənd rayon Mirikənd kəndi ərazisinə yayılıb.
Havanın küləkli olması yanğınsöndürən əməkdaşların işini çətinləşdirdiyindən köməyə əlavə 50 nəfər cəlb edilib.
Hazırda Ağdərə rayon Umudlu kəndi istiqamətində də yanğınlar başlayıb.
FHN-nin yanğınsöndürən əməkdaşları yanğın olan ərazilərdə yanğınla mübarizə tədbirlərini davam etdirir.
Ağdamdan son vəziyyəti təqdim edirik:
23:31
Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.
Milli.Az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazilriyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.
İlkin olaraq 80 nəfər şəxsi heyətin cəlb olunduğu ərazidə hava şəraitinin küləkli olması yanğının söndürülməsini çətinləşdirib. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib.
Bundan başqa, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarında yanğın başlayıb. Sözügedən ərəraziyə də FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.
"Report"un Qarabağ bürosunun yerli sakinlərdən əldə etdiyi məlumata görə, meşəlik əraziyə keçən aktiv yanğın ocaqları məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
İtkin düşən 4 nəfər tapıldı
-
Kartoçkasız müharibə: Kreml cibləri qoruyur
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Vyetnamın birinci xanımı No Fon Li Hanoyda İrs Evində olublar - (Foto)
-
Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib - (Foto)
-
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Prezident İlham Əliyev: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
-
Turistləri heyrətə gətirən ölkə: Küçələrində bu mənzərə ilə qarşılaşacaqsınız
-
Nigar Hafizqızı vəfat etdi
-
Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi oldu
-
Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb
-
Bazar günü intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Ukrayna ordusu Xarkovda 14 yaşayış məntəqəsini geri aldı
-
"Bavariya" xal itirdi
-
Bakıda Xalq rəssamının oğlunun meyiti tapıldı - (Foto)
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü





