Ölkə

Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO

26 İyul 2025 00:14
Baxış: 815
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb.

"Xəzər Xəbər"ə müracit edən vətəndaşların sözlərinə görə, "Jet" adlı şirkətə məxsus olan skuterlərdən istifadə üçün yüklədikləri tətbiq onları avtomatik abunə edib və hər ay kartdan ödəniş çıxır.

Məlumat almaq üçün şirkətin sosial şəbəkəsinə daxil olduq. Məlum oldu ki, səhifədə olan şərhlərin əksəriyyəti elə eyni şikayətlə bağlıdır. Görünür, eyni problemlə üzləşən vətəndaşların sayı çoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sözügedən şirkətin skuterlərini istifadə edən şəxslərin digər problemi isə məbləğin yüksək olmasıdır. İstifadəçilərin sözlərindən də aydın olur ki, qısa məsafədə skuter sürmək taksidən belə baha başa gəlir.

Qeyd olunan hallarla bağlı şirkətin əlaqə nömrəsinə və sosial şəbəkə hesablarına yazsaq da, onlardan cavab almaq mümükün olmadı.

Məsələ ilə bağlı AYNA-ya müraciət etdik. Agentlikdən bildirildi ki, məsələ araşdırılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.