Amerika

Tramp: “HƏMAS razılaşmaq istəmədi – ovlanacaq”

25 İyul 2025 22:05
Baxış: 637
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp, Qəzzada davam edən toqquşmalarla bağlı açıqlamasında bildirib ki, HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma istəməyib, "HƏMAS artıq ovlanacaq." deyə əlavə edib.

İsrail Baş naziri Benyamin Netanyahu isə bu məsələyə münasibət bildirərək deyib:
"HƏMAS-a son verəcəyik" - bu da qarşıdakı günlərdə qanlı toqquşmaların davam edəcəyinə işarədir.

Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff cümə axşamı bəyan etmişdi ki, ABŞ Qəzzə ilə bağlı aparılan atəşkəs danışıqlarını vaxtından əvvəl dayandırıb və Doha şəhərindəki danışıqlar heyətini məsləhətləşmə məqsədilə geri çağırıb.

Bu hadisədən sonra Tramp İsraillə HƏMAS arasında davam edən atəşkəs müzakirələri ilə bağlı sərt açıqlamalar verib:

"Qəzzə danışıqlarından çəkildik və bu, təəssüf doğuran bir vəziyyətdir. HƏMAS-ın heç bir razılaşma niyyəti yoxdur və artıq ovlanacaq. İsrail bu işi sona çatdırmalıdır."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.