Dünya

Fransa Əsədə qarşı həbs orderini ləğv etdi

25 İyul 2025 21:41
Baxış: 611
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı çıxarılmış həbs orderini etibarsız hesab edib.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmənin açıqlamasında vurğulanıb ki, dövlət başçısının toxunulmazlıq statusu dəyişdirilə bilməz və fəaliyyətdə olan prezidentə qarşı istənilən həbs orderi istisnasız şəkildə qanunsuz sayılır.

Bununla belə, Kassasiya Məhkəməsinin sədri Kristof Sular qeyd edib ki, Əsəd artıq prezident postunu tutmadığı üçün ona qarşı yeni həbs orderləri çıxarıla bilər.

Qeyd edək ki, Kassasiya Məhkəməsi Fransada mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.