Ermənistan

Paşinyan etiraz yürüşü keçirməyə hazırlaşır

21 İyul 2025 15:12
Baxış: 517
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin şəhərinin mərkəzində keçiriləcək "mənəvi toplantıya" hazır olmağa çağırıb. Bu çağırış katolikos II Qareginin iqamətgahı olan Ana Taxtın yerləşdiyi ərazidə gərginliyin artacağına dair narahatlıqları artırıb.

Məlumata görə, Paşinyan iyulun 22-də Eçmiədzində yerləşən katolikosun iqamətgahına doğru yürüş keçirməyi planlaşdırır.

Milli.Az xəbər ki,"Hraparak" nəşrinin hökumətə yaxın mənbələrə istinadla verdiyi məlumata əsasən, bu aksiya Paşinyanın şəxsi təşəbbüsü ilə hazırlanıb və onun ssenarisi aparat rəhbəri Araik Arutyunyanla razılaşdırılıb.

Yürüşə Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının üzvləri və tərəfdarları cəlb ediləcək. Eyni zamanda, aksiya zamanı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi və din xadimlərindən mümkün müqavimətin qarşısının alınması üçün mülki geyimli polis və xüsusi xidmət orqanlarının da prosesə cəlb ediləcəyi bildirilib.

Xatırladaq ki, yürüşün planlaşdırıldığı tarix - iyulun 22-si - Paşinyanın məzuniyyət dövrünə təsadüf edir. Bu isə bəzi müşahidəçilərin fikrincə, planın daha az rəsmi müdaxilə ilə həyata keçirilməsi üçün seçilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.