22:56
Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışdan sonra iyulun 26-sı matəm günü elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busargin öz "Telegram" kanalında məlumat verib.
Qubernator əlavə edib ki, şənbə günü bütün bölgədə, o cümlədən Saratov vilayəti və bələdiyyələrin bayraqları endiriləcək.
Xatırladaq ki, son məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
------------
14:22
Rusiyada bina uçub.
Milli.Az xəbər verir ki, Saratovda qaz sızması nəticəsində baş verən partlayışda yaşayış binasının bir hissəsi uçub, ölən və xəsarət alanlar var.
Hadisə Blinova küçəsində yerləşən binada baş verib. Partlayış nəticəsində binanın birinci girişi demək olar ki, tamamilə dağılıb, bir neçə nəfər dağıntılar altında qalıb. Fövqəladə Hallar Nazirliyi üç nəfərin öldüyünü açıqlayıb. Məlumata görə, partlayışın gücü ilə binanın yeddinci mərtəbədən onuncu mərtəbəyə qədər olan hissə çöküb. Ölənlər arasında bir uşağın da olduğu bildirilir.
Partlayış zamanı binanın bir hissəsi yoldan keçənlərin üzərinə də düşün və onların arasında da xəsarət alanlar var. Bütün sakinlər təxliyə edilib, çünki binanın qalan hissəsinin də çökə biləcəyi təhlükəsi var.
İsmayıl
Milli.Az