Rədd edilmə qorxusundan necə xilas olaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bəzi insanlar xoşladıqları şəxsə sevgilərini etiraf edə bilmirlər. Çünki rədd edilmək qorxusu yaşayırlar".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bildirib ki, bir çox insan bunu yaşayır:
"Bunun əsas səbəbi bəzi insanların uşaq vaxtı yaşadıqları rədd edilmələrdir. Bu, zamanla onlarda bir qorxuya çevrilir. Üstəlik, söhbət təkcə sevgi etirafından getmir.
Hər hansı bir işdə yaşadığımız rədd edilmək, qəlbimizin qırılması və yaxud xəyallarımıza doğru addım atdığımız zaman onların puç olması bu qorxunun yaranmasına səbəb olur. Bəzən də ətrafımızdakı insanlardan "sən bacarmazsan, sən edə bilməzsən" düşüncələrini eşitmək bizə mənfi təsir edir".
Ekspert qeyd edib ki, belə hallar istər-istəməz bir çox nüansda uğurlarımızın və özgüvənimizin qarşısını alır:
"Bu, istər münasibətlərdə, istərsə də dostluqlarda belədir. Təməl olaraq rədd edilmə qorxusu əsasən uşaqlıqdan, bağçadan, məktəb vaxtından və sonrakı dövrlərdə yaşadığımız nüanslardan qaynaqlanır.
Ancaq ilk olaraq, bu duyğunu dərk etməliyik. "Nəyə görə qorxuram? Nəyə görə bir insana yaxınlaşmaqdan, fikrimi bildirməkdən və "yox" eşitməkdən qorxuram?" kimi sullara cavab tapmalıyıq. Cavab əsasən rədd edilməkdən qorxmaq olur. Bir çox hallarda da qarşı tərəfin sərt cavab vərəcəyindən çəkinirik".
Psixoloq diqqətə çatdırıb ki, insanın ən önəmli silahı özü ilə ünsiyyətdir:
"Bu yolla qorxularımızı tapa və daha sonra onlarla üzləşə bilərik. Nəzərə almaq lazımdır ki, hər kəs bizi bəyənməyə bilər. Eyni zamanda, biz də hər kəsi bəyənməyə bilərik. Yəni insanların uyğun gəlməməsi normal haldır. Əslində, biz kiminsə "yox" deməsindən ibarət deyilik. Həyatın davam etdiyi və qarşımıza başqa insanların çıxa biləcəyini unutmayın. Rədd olunanda narahat və ya məyus ola bilərik. Lakin bu, həyatı sonu deyil".
Nabat Mirzəyeva vurğulayıb ki, qarşı tərəfə anidən sevgi etirafı etmək hər zaman doğru seçim olmaya bilər:
"Bəzən bununla bağlı plan hazırlamaq və kiçik addımlar atmaq lazımdır. Məsələn, birbaşa "Səni sevirəm" demək yerinə dostluq qurmaq, münasibəti inkişaf etdirmək və zamanla uyğun addım ata bilərik. Qarşımızdakı insanla münasibəti dərinləşdirə bilərik. Dərinləşmiş münasibətdən sonra vəziyyətə uyğun baxarıq. Birdəfəyə qərar vermək yerinə zamana uyğun qərar vermək daha məqsədəuyğundur.
Əslində, biz sevgimizi gizlədərək heç nə əldə etmirik. Bildirərək isə özümüzü kəşf edə, duyğularımızı tanıya bilərik. Qəbul edilməmək sadəcə qarşı tərəfin duyğusudur. Biz yalnız onu anlayıb hörmətlə qarşılamalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - (Video)
-
Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - (Video)
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - (Video)
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)
XƏBƏR LENTİ
-
ATƏT Azərbaycanla dialoqu seçir: Bəzi Avropa institutlarının ayılma vaxtı çatdı...
-
Bakıda yolu keçən qadını maşın vurub öldürdü - (Foto)
-
Zeynep Bastık və həyat yoldaşı göz yaşlarını saxlaya bilmədi - (Foto)
-
Sabah Cəlilabadda işıq olmayacaq
-
Avtomobillərin ekoloji sinfinin müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılacaq
-
İkardi futbolla vidalaşdı
-
Serroz oldu, içkini buraxmadı - 7 il içində Xalq artisti adı qazanan Yaşar Nurinin həyat yoldu
-
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
-
Ayxan Mirzəzadə Avropa çempionu olub
-
I sinfə elektron qəbul başa çatıb
-
Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - (Video)
-
Pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
-
Təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşdu
-
“Qarabağ”ın futbolçusuna ağır cəza - 3 oyunluq uzaqlaşdırıldı
-
Qızı qaçırdı, günlərlə avtomobildə yaşadılar - Həbs edilən var
-
Bakıda “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində leykemiya ilə bağlı konfrans keçirilib - (Foto)
-
Hər şeyə hazır olmalıyıq
-
AFFA 4 klubu cərimələdi
-
Vanuatu Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib
-
Ermənistan Azərbaycana nə ixrac edəcək? - Açıqlama
-
Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - (Video)
-
Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı
-
19 aptekdə nöqsanlar aşkarlandı
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)





