Yaşınız artdıqca saçlarınız ağarmağa başlayır. Ancaq bəzən gənc yaşlarda da saçlarda ağarmalar müşahidə olunur. Saçların ağarmasına səbəb olan bir çox amil mövcuddur. Vitamin və mineral çatışmazlığı, stress, zərərli vərdişlər, hormonal pozğunluqlar, nizamsız qidalanma kimi faktorlar saçların erkən ağarmasına səbəb ola bilər. Saçları ağaran insanlar bu problemdən qurtulmaq üçün tez-tez saç boyalarından istifadə edirlər. Lakin saç boyaları çoxlu kimyəvi maddə ehtiva etdiyi üçün saçlara zərər verir və saç sağlamlığını pozur.
Milli.Az-ın xəbərinə görə, ev şəraitində saç boyası istifadə etmədən ağ saçları təbii yollarla yenidən əvvəlki rənginə qaytarmaq mümkündür.
Saçların ağarması yaşlanma prosesinin təbii hissəsi hesab olunur. Yaş artdıqca saçlardakı ağ tellər çoxalır. Araşdırmalar göstərir ki, saçların ağarması saça rəng verən melanin piqmentinin azalması ilə əlaqəlidir. Zamanla saç köklərindəki melanin istehsal edən hüceyrələr zədələnə və ya ölə bilər, bu da melanin istehsalının azalmasına və nəticədə saçların ağarmasına səbəb olur. Çox güman ki, saçlarınızdakı ağları örtmək üçün saç boyasından istifadə edirsiniz.
Ancaq saçları tez-tez boyamaq saç köklərinə zərər verir, saçların tökülməsinə, cansız və mat görünməsinə səbəb olur. Hazırda saçların erkən ağarması üçün məlum olan təsirli bir müalicə yoxdur. Ancaq bəzi həyat tərzi dəyişiklikləri və müalicələr daha çox ağarmanın qarşısını ala və ya prosesi yavaşlada bilər.
Saç boyası istifadə etmədən ağ saçlardan qurtulmaq mümkündür. Aşağıdakı təbii üsullar həm ağarmanın qarşısını alır, həm də saçların əvvəlki rənginə dönməsinə kömək edir:
1. Çuğundur suyu
Çuğundur suyu ağ saçların qarşısını almaqda təsirli ola bilər. Eyni zamanda saç köklərini bəsləyir və saç tökülməsinin qarşısını alır.
Bir neçə çuğunduru qaynadın, suyunu soyudun.
Saçınıza çəkin və 1 saat saxlayın, sonra su ilə durulayın. Çuğundur suyu saçınıza qırmızımtıl bənövşəyi çalar verə bilər. 15 gün ərzində müntəzəm tətbiq edildikdə, ağ saçların azalmasına kömək edə bilər.
2. Xına
Xına ağ saçlardan qurtulmağın ən təbii yollarından biridir. Eyni zamanda saçları bəsləyir və gücləndirir. Xına tozunu isti su ilə qarışdıraraq bir məcun halına gətirin. Saçınıza çəkin və bir neçə saat saxlayın. Su ilə durulayın. Xına saçınıza narıncı-qırmızımtıl rəng verə bilər.
3. Ravend (Ravent Otu)
Bu bitki "rhubarb" adı ilə də tanınır. Müxtəlif bölgələrdə ravend, dağ muzu, ravend-i hindi, ravendiyə, ışğın, rheum və rhubarbe kimi adlarla tanınır. Ravend köklərini suda qaynadın və soyudun. Saçınıza çəkin və 1 saat saxlayın. Su ilə durulayın. Saçınıza qırmızımtıl-qəhvəyi ton verə bilər.
4. Qoz
Qoz həm saç köklərini bəsləyir, həm də saçların sağlam uzanmasına kömək edir. Qoz, xüsusən qara qoz ağ saçlarınızı daha tünd rəngə çevirə bilər. Qara qozun qabıqlarını suda qaynadın, soyudun və saçınıza çəkin. 1 saat saxlayın və su ilə durulayın. Qara qoz saçınıza tünd qəhvəyi rəng verə bilər.
5. Papatya
Papatya saçlara parıltı vermək üçün istifadə olunur. Güclü papatya çayı dəmləyin və soyudun. Saçınıza çəkin və 1 saat saxlayın. Su ilə durulayın. Papatya saçınıza açıq sarı rəng verə bilər.
6. Limon suyu
Limon suyu güclü C vitamini mənbəyidir. Saçlara canlılıq və parlaqlıq verir. Təzə limon suyunu sıxın və saçınıza çəkin. Bir neçə saat saxlayın və su ilə durulayın. Limon suyu saçınıza açıq sarı rəng verə bilər. /lent.az
Milli.Az