Dünya

Tramp: Fransanın Fələstini tanıması "əhəmiyyət daşımır"

25 İyul 2025 21:54
Baxış: 637
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makronun Fələstin Dövlətini tanımaq qərarını mənasız adlandırıb.

Makronun cümə axşamı verdiyi bu gözlənilməz açıqlama bir çox ölkələr, xüsusilə də ABŞ tərəfindən tənqidlə qarşılanıb.

Tramp isə 25 iyul cümə günü, jurnalistlərə açıqlamasında bunları deyib:
"O (Makron) çox yaxşı insandır, onu bəyənirəm, amma bu bəyanatın heç bir çəkisi yoxdur."

Makronun Fələstini dövlət kimi tanıması qərarı, beynəlxalq aləmdə ciddi mübahisələrə səbəb olub və Tramp bu qərarın heç bir təsir gücünün olmadığını vurğulayıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.