İqtisadiyyat

Əmanətlərdə artım dalğası – Fiziki şəxslərin banklardakı maliyyə vəsaitlərinin DİNAMİKASI

25 İyul 2025 21:32
Baxış: 840
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu ilin iyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,437 milyard manat təşkil edib.

Bu barədə Milli.Az Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin iyunun 1-nə nisbətən 374 milyon manat və ya 2,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,2 milyard manat və ya 8,8% artıb.

Bu ilin iyulun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,444 milyard manat, xarici valyuta ilə isə 4,993 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyun ayının 1-i ilə müqayisədə 308 milyon manat və ya 3%, illik müqayisədə isə 1,074 milyard manat və ya 11,5% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari iyunun 1-nə olan rəqəmlərə nisbətən 66 milyon manat və ya 1,3%, illik nisbətdə isə 182 milyon manat və ya 3,8% artıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.