16:41
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyana Rubinyants 2 ünvanındakı binalardan birinin 9-cu mərtəbəsindən alma atan 71 yaşlı Albert Arstamyan həbs edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı erməni mediası yayıb.
Bildirilib ki, o, hüquq-mühafizə orqanları tərəfindən yaşadığı mənzildə saxlanılıb.
Faktla bağlı İstintaq Komitəsi tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
----------
09:49
Naməlum şəxs Ermənistanın baş naziri Nikol Paşinyana alma atıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə İrəvanın Rubinyantsa küçəsində baş verib. Paşinyan qohumuna baş çəkməyə gəlib və qonaqlardan birinin dediyinə görə, evin digər sakini ona alma atıb.
Hazırda hüquq-mühafizə orqanları həmin şəxsin kimliyini müəyyən etməyə çalışırlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun