Ermənistan

Ermənistan müxalifəti gecəni Fransa meydanında keçirir

2 May 2022 23:34
0 Şərh     Baxış: 2 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:34

Ermənistan müxalifəti bu gecəni paytaxt İrəvandakı Fransa meydanında keçirməyə qərar verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə news.am saytı məlumat yayıb.

Etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

---------

18:30

Ermənistan polisi İrəvanda etiraz aksiyası keçirən 244 nəfəri saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən bildirilib.

Saxlanılanlar polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir.

Qeyd edək ki, bazar ertəsi səhər İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.

Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə bəyanatı səbəb olub. Müxalifət aprelin 25-dən başlayaraq mərkəzləşdirilməmiş etiraz aksiyaları keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.