Ermənistan

Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirə bilərik - Davtyan

27 Dekabr 2021 12:34
1 Şərh     Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nikol Paşinyan elə vəziyyət yaradıb ki, ruslar artıq bizim müttəfiqimiz deyil. Ermənistanın baş naziri indi ruslara qarşı oyun qurub. Nəticəsi isə bizim üçün yaxşı olmayacaq".

Milli.Az azxeber.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın aparıcı siyasi ekspertlərindən sayılan Hayk Davtyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri rusiyalı sülhməramlıları Qarabağdan çıxarmağa çalışır: "Paşinyan deyir ki, Qarabağ ermənilərin ola bilməz. O zaman sülhməramlıların Qarabağda nə işi var?! Deməli, Paşinyanın son çıxışından bir şey bəlli olur: baş nazir həm də ruslara qarşı oyun qurub. Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirilə bilər. Əgər rusları daha da incik salsaq, bu belə olacaq. Paşinyan nə müharibənin başlanmasına, nə də məğlubiyyətə görə məsuliyyət daşıdığını söyləyir. Tək bildiyim odur ki, nəticələr bizim üçün heç də yaxşı görünmür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.