Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ceffri Donson yenidən Kannalend şəhər meri vəzifəsinə seçilib.
O, 2008-ci ildə bu vəzifəni tutarkən 15 yaşlı qıza qarşı yol verdiyi hərəkətlərdən dolayı 5 il müddətinə həbs olunub. Hərçənd, sonradan məhkəmə hökmü şərti cəza ilə əvəzlənib.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Donsonun köməkçisi vəifəsinə isə vaxtilə fırıldaqçılığa görə cəzalandırılmış Verner Meşoa seçilib.
Artıq müxalifət partiyaları və ictimai fəallar hər ikisini vəzifədən kənarlaşdırmağı tələb ediblər.
Milli.Az