Texnologiya

Söyüş söyəndə bədənə "tok" verən qolbaq hazırlandı

25 Noyabr 2025 12:30
Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanı pis vərdişlərdən çəkindirmək məqsədi ilə elektron qolbaq hazırlanıb.

Milli.Az xəbər verir ki, ABŞ-də yaşayan sahibkar Maneesh Sethi tərəfindən hazırlanmış elektrik şoku verən qolbaq yenidən müzakirə mövzusuna çevrilib.

Pis vərdişləri tərgitdirmək məqsədilə elektrik şoku verən "Pavlok" adlı ağıllı qolbaq davranış psixologiyasına əsaslanan aversiv metodla işləyir.

Pavlok istifadəçinin müəyyən etdiyi vərdiş baş verdikdə, məsələn, gecikmə, dırnaq yemə, sosial şəbəkədə çox vaxt keçirmə, söyüş söymə kimi hallarda vibrasiya, səs və ya yüngül elektrik impulsu göndərir.

İxtira ilk dəfə 2014-cü ildə təqdim olunub və o vaxtdan bəri həm maraq, həm də tənqid doğurur.

Cihaz "Shark Tank" verilişinə də çıxarılıb, lakin layihə investisiya əldə etməyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.