Hadisə

Çindən maşın gətirmək adı ilə 60 min manatı götürüb yoxa çıxdı - FOTO

25 Noyabr 2025 17:20
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaricdən avtomobil almaq istəyən üç qardaşın 60 min manatı ələ keçirilib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Şahin Vahid oğlu İbrahimov şikayətində bildirib ki, Çindən avtomobil gətirmək üçün etibar etdikləri Fuad Elxan oğlu Cəfərzadə onlardan pul alıb, daha sonra isə əlaqəni kəsib.

Şahin İbrahimovun sözlərinə görə qardaşlar əvvəlcə ona otuz min dollar veriblər. Sonra isə gömrük və qeydiyyat üçün yeddi min yeddi yüz manat ödəyiblər. Maşınların gəlməsinə çox az vaxt qaldığı bir anda Fuad Cəfərzadə onlardan tələb edilən bütün sənədləri və pul vəsaitini götürüb uzaqlaşıb. Onlara isə səhər saat onda gömrük və qeydiyyat məsələlərinin həll olunacağını deyib. Lakin həmin gün axşam qardaşlar onunla danışmaq istəyəndə zəngləri cavabsız qalıb. Nömrəsinə zəng çatmayıb və yazdıqları məktublar da cavablandırılmayıb. Bundan sonra həmin şəxs onları tamamilə bloklayıb.

Qardaşlar daha sonra həmin şəxsin atasını tapıblar və vəziyyəti izah ediblər. Atası isə oğlunun harada olduğunu bilmədiyini söyləyib. Onlar baş verənlərlə bağlı Sumqayıt şəhər polisinin müvafiq şöbəsinə müraciət ediblər. Qardaşların sosial şəbəkələrdə yayımladıqları fotodan sonra onlarla çox sayda insan əlaqə saxlayıb. Bu şəxslər fotodakı adamın onları da müxtəlif məbləğlərdə aldadıb ziyana saldığını bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin nümayəndəsi Cəsarət Qənbərli isə açıqlamasında bildirib ki, vətəndaşlara xaricdən avtomobil gətiriləcəyi vədi verərək onların pullarını mənimsətməkdə şübhəli bilinən Fuad Cəfərzadə ilə bağlı müraciətlər araşdırılır.

"Faktlar üzrə zərərçəkənlərə dəyən zərərin miqdarı 58 700 manat təşkil edir. Hazırda əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.