İdman

"Neftçi"nin futbolçusu Kipr klubunda!

14 Mart 2026 13:57
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin futbolçusu karyerasını Kiprdə davam etdirəcək. Söhbət U-21 millimizin üzvü Murad Məmmədovdan gedir.

Milli.Az idmanxeber.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi bu ölkənin "Pafos" klubu ilə anlaşıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.

Kipr təmsilçisi Məmmədovla dördillik müqavilə imzalayacaq. Mövsümün sonu "Neftçi" ilə sözləşməsi bitəcək millimizin üzvü yeni komandasına yayda azad agent kimi qoşulacaq.

"Pafos" hazırda Kipr çempionatında 4-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.