BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət edib.
Milli.Az İdarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt Bakı və bölgələrarası istiqamətlərdə, eləcə də turizm və istirahət məkanlarına gedən yollarda nəqliyyat axınının artacağı gözlənilir. Bu səbəbdən hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır.
Müraciətdə sürücülərdən hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmələri, səhhətində problem olduğu halda, həmçinin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməmələri xahiş olunur. Eyni zamanda, təhlükəsiz ara məsafəsinin qorunması, riskli ötmə manevrlərindən çəkinilməsi və yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyə edilir. Qurum həmçinin səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasını vacib hesab edir.
Piyadalardan isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri xahiş olunur. Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olmaları, öz təhlükəsizliklərini təmin etmək üçün görünən olmaları tövsiyə edilir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
DİM sabah təkrar imtahan keçirəcək
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
XƏBƏR LENTİ
-
Hidayət Heydərovun “Böyük Dəbilqə” turnirində görüşə çıxmama səbəbi məlum oldu - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
-
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı
-
Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq
-
Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul
-
Sözü imzadan daha dəyərli olan 3 kişi bürcü: Bu bürclər etibarın rəmzidir
-
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)





