İdman

Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib

20 İyun 2026 10:34
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməmə səbəbi açıqlanıb.

Milli.Az xəbər verir ki, Olimpiya çempionu Hidayət Heydərov çəkisini vaxtında sala bilmədiyi üçün Monqolustanın Ulan-Bator şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyib.

Məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparmalı olan idmançı 1/16 final görüşünə çıxmayıb və yarışdan kənarlaşdırılıb. Turnirdə onun hansı səbəbdən tam hazır olmaması isə rəsmi olaraq açıqlanmayıb.

______________

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.

Milli.Az xəbər verir ki,  olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.

H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilkin raundlarda məğlub olublar.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.