Hadisə

Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı

20 İyun 2026 09:08
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Göygöldə mikroavtobusun aşması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "QAZel" markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata əsasən, mikroavtobus istixanaya gedən fəhlələri daşıyırmış. İlkin ehtimala görə, sürücünün qarşısına itin çıxması qəzanın baş verməsinə səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.