Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər.
Araşdırmada bildirilib ki, saç follikullarında yerləşən kök hüceyrələrin DNT-si stress, radiasiya və ya müxtəlif zərərli amillərin təsiri nəticəsində zədələnə bilər. Belə hüceyrələrin nəzarətsiz bölünməsi isə şiş xəstəliklərinin yaranma riskini artırır.
Alimlərin sözlərinə görə, orqanizm bu riski azaltmaq üçün zədələnmiş hüceyrələrin bölünməsini dayandırır. Nəticədə həmin hüceyrələr piqment istehsal etməyi dayandırır və saçlar tədricən ağarmağa başlayır.
Professor Emi Nişimuranın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, bəzi hallarda hüceyrələr piqment istehsalını qoruyub saxlasa da, genetik zədələrə baxmayaraq fəaliyyətini davam etdirir. Bu isə aqressiv şişlərin yaranma ehtimalını artırır.
Mütəxəssislər vurğulayırlar ki, saçın ağarması xərçəngdən qorunma və ya bu xəstəliyə qarşı immunitet demək deyil. Lakin bu proses bəzən orqanizmin DNT zədələrinə qarşı işə saldığı müdafiə mexanizminin xarici əlaməti kimi qiymətləndirilə bilər.
Alimlər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə xərçəngin profilaktikası və regenerativ tibb sahəsində yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək





