Hadisə

6 ay əvvəl qəzadan sağ çıxan azərbaycanlı sürücü Türkiyədə başqa bir qəzada öldü - (Foto)

19 İyun 2026 12:23
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həlak olub.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Manisa vilayətinin Kula rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, yük maşını qarşısında hərəkət edən digər yük maşınına və avtomobilə çırpılıb. Toqquşmanın təsirindən yük maşınlarından biri yol kənarındakı sahəyə aşıb, digəri isə yan çevrilərək magistral yolu bağlayıb.

Yük maşınının sürücüsü azərbaycan vətəndaşı Nadir Salmanov hadisə yerində ölüb.

Qəza nəticəsində yaralanan 4 nəfər isə xəstəxanaya çatdırılıb. Onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nadir Salmanov bu il yanvarın 23-də Türkiyənin Samsun şəhərində ölümlə nəticələnən başqa bir yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Həmin vaxt kuryer fəaliyyəti ilə məşğul olan Umut Can Turanın idarə etdiyi motosiklet Salmanovun yolun kənarında park edilmiş 99-ZC-168 nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində bir vaxtlar badminton idman növü üzrə Türkiyə yığmasının üzvü olan Umut Can Turan həlak olmuş, Nadir Salmanov isə ifadəsinin alınması üçün saxlanılmışdı.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.