Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mopedlərlə bağlı dövlət rüsumunun dərəcələri qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sözügedən rüsumlar aşağıdakılardır:
- Mopedlərin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə - 15 manat;
- Mopedlərin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya moped alıcısının tələbi ilə mopedlərə texniki baxış keçirilməsi üçün - 15 manat;
- Mopedlərin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 15 manat;
- Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat;
- Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat;
- Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat;
- Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;
- Qeydiyyat şəhadətnaməsinin verilməsi - 30 manat;
Bildirilib ki, qanun layihəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunub. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaq. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.
Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.
Qeyd edək ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məcburi köçkünlərlə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib
-
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək
-
Ucuzlaşan yumurta yenidən bahalaşacaq? - Yenilənib
-
Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
XƏBƏR LENTİ
-
Məşhur ispan hücumçunu mühafizəçilər təlim-məşq bazasına buraxmadılar
-
Məcburi köçkünlərlə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib
-
32 il sonra eyni anda meydana çıxdılar - Atalarının izi ilə...
-
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
-
Əməkdar artist makiyajsız halını paylaşdı - (Video)
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək
-
Qurban Qurbanov Marko Yankoviç barədə qərar verdi
-
Ucuzlaşan yumurta yenidən bahalaşacaq? - Yenilənib
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
-
Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib - Fərman
-
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
-
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
-
İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb
-
Havanın temperaturu 39 dərəcəyə çatacaq - Proqnoz
-
Zaqatalada 58 yaşlı şəxs mübahisə etdiyi həmkəndlisini qətlə yetirdi
-
“Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
-
Jurnalistlərin nəzərinə: Vəsiqənin verilməsi və dəyişdirilməsi üçün ödəniş ləğv edilir
-
Azərbaycanda yeni Media və Yayım Şurası qurulur
-
Növbəti köç karvanı Xankəndi şəhərinə çatdı - Yenilənib - (Foto)
-
6 ay əvvəl qəzadan sağ çıxan azərbaycanlı sürücü Türkiyədə başqa bir qəzada öldü - (Foto)
-
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - (Foto)
-
Culfada yanğında körpəsini itirən ana da 8 gün sonra öldü
-
Gömrükdə 308,30 karat brilyant aşkar olundu





