Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona "Dostluq" ordenini təqdim edib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi:
-Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.
Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların yaxın, səmimi münasibətləri dostluq və qardaşlıq nümunəsi idi. Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik.
Xatırlayırsınız, mən Prezident olanda Səid Camaloviç ilə dəfələrlə görüşmüşdük, bax, elə bu otaqda, mükafatlar təqdim etmişik. Bütün bunlar yaddaşımızdadır, bu, ortaq tarixdir. Bizi ortaq tariximiz və Azərbaycan ilə Dağıstanı bütövlükdə həm ümumi tarix, həm də sıx qohumluq bağları, ortaq coğrafiya və əminəm ki, ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir.
Həm Səid Camaloviç, həm də onun layiqli davamçısı olan Siz xalqlarımızı daha da yaxınlaşdırmaq, ümumi təhlükəsizlik və sabitlik sisteminin vacib amili olan regionlarımızın iqtisadi inkişafına və ümumilikdə insanlar arasında münasibətlərə ardıcıl töhfə vermək üçün həmişə çox iş görmüsünüz və görürsünüz.
Ağsaqqallardan söz düşmüşkən, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda - Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir.
Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır.
Bu gün Sizi şəxsən təbrik etməyimə çox şadam, artıq öz təbriklərimi çatdırmışam və Sizin yüksək dövlət mükafatı - "Dostluq" ordeni ilə təltif olunmağınız barədə Sərəncam imzalamışam. İndi həmin ordeni Sizə şəxsən təqdim etmək istəyirəm.
___________
Dövlətimizin başçısı ordeni Qurban Qurbanova təqdim etdi.
___________
Qurban Qurbanov dedi: "İlham Heydər oğlu, diqqətinizdən və ilk növbədə atama, qardaşıma və indi də mənə verdiyiniz yüksək mükafatdan çox təsirləndim. Haqlı olaraq qeyd etdiyiniz kimi, Heydər Əlirza oğlu ilə Səid Camaloviç arasında olan səmimi dostluğu həmişə qiymətləndirəcək və qoruyub saxlayacağıq".
Qurban Qurbanov atası ilə Ulu Öndərin səmimi münasibətlərinin Azərbaycanla Rusiya Federasiyası və Dağıstan arasında dostluğun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını dedi. O, Dağıstanda tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsinin böyük rəğbətlə anıldığını qeyd etdi.
Qurban Qurbanov dedi: "Bilirsiniz, dağıstanlılar Əziz Əliyevi çox hörmətlə anır və xatırlayırlar. Mahaçqalada Əziz Əliyevin gözəl, yaxşı və möhtəşəm bir abidəsi var. Onun adını daşıyan çoxlu küçələr var. Bu, bir tarixdir, hamı onun haqqında həmişə açıq danışır və bununla fəxr edir".
Qonaq özünün və atasının Ümummilli Liderlə və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı. Dağıstanda Ulu Öndərin xatirəsinə daim dərin hörmətin bəslənildiyini vurğulayan Qurban Qurbanov dahi şəxsiyyətin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışdı, bu xüsusda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzinin açılışını və bu tədbirdə Dağıstan rəhbərliyinin iştirakını qeyd etdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ucuzlaşan yumurta yenidən bahalaşacaq? - Yenilənib
-
Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
-
İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb
-
Jurnalistlərin nəzərinə: Vəsiqənin verilməsi və dəyişdirilməsi üçün ödəniş ləğv edilir
-
Azərbaycanda yeni Media və Yayım Şurası qurulur
XƏBƏR LENTİ
-
Ucuzlaşan yumurta yenidən bahalaşacaq? - Yenilənib
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
-
Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
-
İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb
-
Havanın temperaturu 39 dərəcəyə çatacaq - Proqnoz
-
Zaqatalada 58 yaşlı şəxs mübahisə etdiyi həmkəndlisini qətlə yetirdi
-
“Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
-
Jurnalistlərin nəzərinə: Vəsiqənin verilməsi və dəyişdirilməsi üçün ödəniş ləğv edilir
-
Azərbaycanda yeni Media və Yayım Şurası qurulur
-
Növbəti köç karvanı Xankəndi şəhərinə çatdı - Yenilənib - (Foto)
-
6 ay əvvəl qəzadan sağ çıxan azərbaycanlı sürücü Türkiyədə başqa bir qəzada öldü - (Foto)
-
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - (Foto)
-
Culfada yanğında körpəsini itirən ana da 8 gün sonra öldü
-
Gömrükdə 308,30 karat brilyant aşkar olundu
-
Müharibə gedən Ukraynada bu görüntülər qınandı - (Video)
-
Bakı metrosunun Bənövşəyi xəttində yeni stansiya: "Nizami"yə keçid olacaq
-
Əməkdar artist Nigar Camal üçün "Matanı" oxudu, tənqid olundu - (Video)
-
Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
-
Milli Məclis Naxçıvanla bağlı qanun layihəsini qəbul etdi
-
"WhatsApp" Türkiyədə pullu oldu
-
Polis bir gündə 11 ədəd odlu silah aşkarladı
-
Röyanın yaşlı kişi ilə "rəqs şousu" gündəm oldu - (Video)
-
Milli Məclisin növbədəkənar sessiyası başladı: Gündəlikdə 14 məsələ var





