Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri vizadan azad ediləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" 4 may 2026-cı ildə Kito şəhərində imzalanıb.
Sazişin məqsədi hər iki dövlətin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaqdır.
Sənəddə "Diplomatik pasportlar" anlayışına Azərbaycan Respublikasının diplomatik pasportları və Ekvador Respublikasının diplomatik pasportları; "Rəsmi pasportlar" anlayışına Ekvador Respublikasının rəsmi pasportları; "Xidməti pasportlar" anlayışına Azərbaycan Respublikasının xidməti pasportları aid edilir.
Sənəd 13 maddədən ibarətdir.
Sazişə əsasən, bir tərəfin dövlətinin etibarlı diplomatik, rəsmi və xidməti passport sahibi olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, oranı tərk edə və orada hər 180 gün ərzində 90 günədək müddətdə qala bilərlər. Bu müddətdən artıq qalmaq niyyətində olan vətəndaşların qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq əvvəlcədən viza və ya digər razılığa gələn tərəfin dövlətinin ərazisində müvəqqəti qalma müddətinin uzadılması üçün icazə alması tələb olunur.
Bu Saziş digər tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliklərin və konsulluqların üzvlərini, habelə beynəlxalq təşkilatların nümayəndələrini və onların ailə üzvlərini qəbul edən dövlətdə akkreditasiyadan öncə viza öhdəliyindən azad etmir.
Tərəflər bu Sazişin imzalandığı tarixdən sonra 30 gün ərzində diplomatik, rəsmi və xidməti pasportlarının nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər.
Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında Sazişə istənilən dəyişikliklər edilə bilər. Belə dəyişikliklər Sazişin tərkib hissəsi olan ayrıca Protokollar formasında rəsmiləşdirilir.
Sazişin müddəalarının təfsiri və ya tətbiqindən irəli gələn hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Saziş qeyri-müəyyən müddətə bağlanılır və razılığa gələn tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan öz müvafiq dövlətdaxili prosedurlarının tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən 30 gün sonra qüvvəyə minir.
"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
-
Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
-
Milli Məclisin növbədəkənar sessiyası başladı: Gündəlikdə 14 məsələ var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
XİN rəhbərləri ABŞ və İran rasında əldə olunmuş razılaşmanı müzakirə ediblər
-
Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (Foto)
XƏBƏR LENTİ
-
Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
-
İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb
-
Havanın temperaturu 39 dərəcəyə çatacaq - Proqnoz
-
Zaqatalada 58 yaşlı şəxs mübahisə etdiyi həmkəndlisini qətlə yetirdi
-
“Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
-
Jurnalistlərin nəzərinə: Vəsiqənin verilməsi və dəyişdirilməsi üçün ödəniş ləğv edilir
-
Azərbaycanda yeni Media və Yayım Şurası qurulur
-
Növbəti köç karvanı Xankəndi şəhərinə çatdı - Yenilənib - (Foto)
-
6 ay əvvəl qəzadan sağ çıxan azərbaycanlı sürücü Türkiyədə başqa bir qəzada öldü - (Foto)
-
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - (Foto)
-
Culfada yanğında körpəsini itirən ana da 8 gün sonra öldü
-
Gömrükdə 308,30 karat brilyant aşkar olundu
-
Müharibə gedən Ukraynada bu görüntülər qınandı - (Video)
-
Bakı metrosunun Bənövşəyi xəttində yeni stansiya: "Nizami"yə keçid olacaq
-
Əməkdar artist Nigar Camal üçün "Matanı" oxudu, tənqid olundu - (Video)
-
Azərbaycanda yumurta ucuzlaşdı
-
Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
-
Milli Məclis Naxçıvanla bağlı qanun layihəsini qəbul etdi
-
"WhatsApp" Türkiyədə pullu oldu
-
Polis bir gündə 11 ədəd odlu silah aşkarladı
-
Röyanın yaşlı kişi ilə "rəqs şousu" gündəm oldu - (Video)
-
Milli Məclisin növbədəkənar sessiyası başladı: Gündəlikdə 14 məsələ var
-
"19 gündə qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb" - FHN





